Ümumdünya Şəhərsalma Forumu çərçivəsində “WUF Akademiyası” fəaliyyətə başlayır

Ümumdünya Şəhərsalma Forumu çərçivəsində “WUF Akademiyası” fəaliyyətə başlayır






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində akademik araşdırma və tədqiqat fəaliyyət üçün nəzərdə tutulmuş WUF Akademiyası fəaliyyət göstərəcək.

presstvaz xəbər verir ki, bu barədə “WUF13Azerbaijan”ın “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

Akademiya qlobal institutların iştirakı ilə 40-dan çox təlim sessiyasına, alimlərin və təcrübəçilərin qatılacağı yüksəksəviyyəli dəyirmi masalara, eləcə də bilik mübadiləsi və innovasiya üçün yaradılmış “WUF Kampusu”na ev sahibliyi edəcək.

“WUF Akademiyası” adekvat mənzil sahəsində tədqiqat, bilik və potensialın artırılmasına əsaslanan tərəfdaşlıqların inkişafını hədəfləyir. “WUF Kampusu” universitetlər, alim və tədqiqatçıların bir araya gələrək qabaqcıl təcrübələrini paylaşdığı, altı əsas mənzil dialoqu üzrə gələcək prioritetlərin müzakirə edildiyi açıq platforma olacaq. Burada iştirakçılar qısa mühazirələr və tematik müzakirələr vasitəsilə qlobal mənzil təşəbbüslərinə töhfə verə biləcəklər”, – məlumatda deyilir.

“WUF Akademiyası”nda qısa mühazirə ilə çıxış etmək üçün son müraciət tarixi 15 mart, “Urban Expo” çərçivəsində stend əldə etmək üçün isə 31 martdır.

Müraciət forması:

https://forms.office.com/e/PLhQgESVRJ


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv