Faciəli şəkildə həlak olan yanğınsöndürənin atası: “Gözləyirdik ki, işdən gələcək” – VİDEO

Faciəli şəkildə həlak olan yanğınsöndürənin atası: “Gözləyirdik ki, işdən gələcək” – VİDEO






presstv

"Presstv"az #Audi, #Avto, #Hadisə, #Hakim, #Salyan, #Yanğın hadisəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Salyan rayonunda yanan avtomobili söndürən iki nəfəri maşın vurub. Biri ölüb, digəri xəsarət alıb.

Hadisə nəticəsində 42 yaşlı yanğınsöndürən Hakim Piriyev həlak olub.

Mərhumun anası Şərqiyyə Piriyeva hadisə barədə Baku TV-yə danışarkən göz yaşlarını saxlaya bilməyib:

“Mənə dedilər ki, əzilib. İşdə olub, əzilib. Balam sevinə-sevinə maşın aldı, maşınla balalarını məktəbə aparıb gətirirdi, sevinə-sevinə işə gedirdi. Balamı gözümlə gördüm meyitxanada. Gözlərim görməyəydi”.

Mərhumun atası Şahlar Piriyev isə baş verənlərlə bağlı bunları deyib:

“Gözləyirdik, işdən gələcəkdi. Həmişə gəlirdi, gözləyirdik. Gəlib çatmadı”.

Hadisə zamanı Salyan rayonunun Xocalı kənd sakini, 37 yaşlı Elşən Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ambulator müalicə üçün evə buraxılan Elşən Tağıyev hadisəni belə xatırlayır:

“Səhər saatlarında yanğın hadisəsi ilə bağlı məlumat daxil oldu. Hava dumanlı olduğu üçün hadisə baş verdi. Yanğını söndürürdük, o da bərk gəldi, vurdu bizi”.

20 ilə yaxın müddətdə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsində xidmət edən Hakim Piriyev peşəsinə sadiq xilasedici kimi tanınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv