Rusiyalı mütəxəssisdən ciddi xəbərdarlıq: “Saxta ətirlərdən uzaq durun”

Rusiyalı mütəxəssisdən ciddi xəbərdarlıq: “Saxta ətirlərdən uzaq durun”






presstv

"Presstv"az #Audi, #Həkim, #Rusiya, #Sağlamlıq, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Saxta ətirlərdən istifadə tərkibindəki zəhərli maddələr səbəbindən zəhərlənməyə, dəri xəstəliklərinə və allergik reaksiyalara yol aça bilər”.

presstvaz xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə rusiyalı allerqoloq Yelena Sıçeva danışıb.

Onun sözlərinə görə, saxta və ya keyfiyyətsiz ətirlərin müntəzəm istifadəsi sağlamlıq üçün ciddi risk yaradır:

“Təhlükəsizlik yoxlamalarından keçən və beynəlxalq standartlara cavab verən sertifikatlaşdırılmış məhsullardan fərqli olaraq, saxta məhsullar müəyyən edilmiş tələblərə uyğun istehsal olunmur. Əsas təhlükələrdən biri zəhərli komponentlərin istifadəsidir. Belə məhsullarda təmizlənmiş etil spirti əvəzinə metanol tərkibli sənaye spirti istifadə oluna bilər. Bu maddə ağır zəhərlənməyə, gözlərə və sinir sisteminə zərər verə bilər. Bundan əlavə, saxta ətirlərin tərkibində fenollar, aldehidlər, qurğuşun və kadmium kimi ağır metallar da ola bilər”.

Həkim qeyd edib ki, bu maddələr uzun müddət istifadə edildikdə orqanizmdə toplanaraq ekzema və dermatit də daxil olmaqla xroniki xəstəliklərin inkişafına səbəb ola, bəzi hallarda isə xərçəng riskini artıra bilər.

Mütəxəssis əlavə edib ki, tərkibin qeyri-sabitliyi xüsusi təhlükə yaradır. İstehsal prosesinə əməl olunmadıqda komponentlər işıq və istiliyin təsiri ilə parçalana bilər. Nəticədə dərini və tənəffüs yollarını qıcıqlandıran aqressiv birləşmələr yaranır.

Allerqoloq ətirlərin yalnız rəsmi və səlahiyyətli satış məntəqələrindən alınmasını, məhsulun tərkibinə diqqət yetirilməsini və mənşəyi şübhəli olan vasitələrdən uzaq durulmasını tövsiyə edib: “İstifadədən əvvəl məhsulu bilək nahiyəsinə çəkərək 24 saat ərzində reaksiyanı müşahidə etmək məsləhətdir. Həssas dəriniz varsa, dəri ilə təması minimuma endirmək üçün ətri geyimə vurmaq daha məqsədəuyğundur”.

Mütəxəssis həmçinin dəridə yara, cızıq və ya iltihab olduqda həmin nahiyəyə ətir vurulmamasını tövsiyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv