Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Putin və Si Trampın Şurasına qoşulacaqmı?






presstv

"Presstv"az #ABŞ, #Çin, #Donald Tramp, #Qəzza, #Rusiya, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya və Çinin Sülh Şurasına qoşulmağa tələsəcəyini düşünmürəm.

Bu sözləri presstvaz-a açıqlamasında siyasi ekspert Turab Rzayev ABŞ Prezidenti Donald Trampın Rusiya və Çinin Sülh Şurasına dəvət edilməsi barədə açıqlamasını şərh edərkən deyib.

“Bu məsələnin iki tərəfi var. Birincisi, maliyyə tərəfidir. Bilirsiniz ki, Tramp Sülh Şurasına qoşulmaq üçün 1 milyarddan başlayan məbləğ tələb edir. Düzdür, bunlar Qəzzanın bərpasına sərf olunacaq. Amma bu maliyyəyə kim nəzarət edəcək, kim xərcləyəcək? Rusiya və Çin bu məsələdə özlərini alçaldılmış tərəf kimi görəcək”, – o bildirib.

Ekspertin fikrincə, ikinci məqam budur ki, Trampın Sülh Şurasının hədəfi ilə Rusiya və Çinin Yaxın Şərq maraqları uzlaşmır:

“Buna görə də hesab edirəm ki, ilkin mərhələdə Çin və Rusiya Sülh Şurasına qoşulmayacaq. Onlar yalnız Sülh Şurasını yenidən və öz şərtlərinə uyğun formalaşdırmaq istəyə və yaxud ABŞ-dan fərqli sahələrdə güzəştlər tələb edə bilərlər. Buna isə Trampın razı olacağı mübahisəlidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv