Dövlət komitəsinin sədri Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət komitəsinin sədri Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri ilə görüşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ramin Məmmədov, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki ölkəni birləşdirən ortaq İslam dəyərləri, tarixi-mədəni bağlar və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.

Komitə sədri ölkəmizdə həyata keçirilən dövlət-din siyasətinin əsas prioritetləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda dini etiqad azadlığının təmin olunması, konfessiyalararası harmoniyanın qorunması, eləcə də sağlam dini maarifləndirmə işinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasındadır.

İssam bin Saleh əl-Cuteyli Azərbaycanın regionda mühüm tərəfdaş olduğunu vurğulayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, İrşad və Dəvət Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub. Erməni işğalı zamanı İslam abidələrinə qarşı törədilən vandalizm aktlarının dini-mədəni irsə vurulan ağır zərbə olduğu vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv