5 ölkə ordu göndərir – Azərbaycan imtina etdi

5 ölkə ordu göndərir – Azərbaycan imtina etdi






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #İlham Əliyev, #İndoneziya, #İsrail, #Misir, #Qazax, #Qazaxıstan, #Qəzza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sülh Şurasının ilk iclasında Qəzzaya hərbi qüvvə göndərəcək beş ölkənin adı açıqlanıb: Qazaxıstan, İndoneziya, Mərəkeş, Kosova və Albaniya; iki ölkə – Misir və İordaniya isə polisə təlim keçməyə razılaşıb.

presstvaz xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Qəzzaya hərbi qüvvə göndərəcək ölkələr arasında Azərbaycanın adı intensiv şəkildə hallansa da, Prezident İlham Əliyev “biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik” bəyanatı ilə məsələyə nöqtə qoymuşdu:

"Bölgəyə qoşun yeridəcək, yaxud təhlükəsizliyin qorunmasında bu və ya digər formada iştirak edəcək ölkələr arasında Azərbaycanın adının olmaması da rəsmi Bakının mövqeyinin dəyişmədiyini göstərir.

Qəzzadakı vəziyyət – HƏMAS və İsrail arasında qarşıdurmanın davam etməsi rəsmi Bakının imtina qərarının doğru olduğunu deməyə əsas verir. Tərəflər arasında real atəşkəs əldə olunarsa, regionda toqquşma riski tam aradan qaldırılarsa, Azərbaycan bölgəyə hərbi qüvvə göndərmək haqda düşünə bilər. Bu da “sülhə məcburetmə” əməliyyatında yox, yalnız müəyyən infrastruktur obyektlərinin mühafizəsinin təşkil edilməsi çərçivəsində mümkündür".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv