Azərbaycan və Sloveniya prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan və Sloveniya prezidentləri arasında məktub mübadiləsi olub






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #İlham Əliyev, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

presstvaz President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

“Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar səmimi təbriklərimi, Azərbaycan xalqına davamlı uğurlar, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Son üç onillikdə Sloveniya və Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı hörmətə, etimada və əməkdaşlıqla bağlı ortaq öhdəliyə əsaslanan dostluq münasibətlərinin və konstruktiv əlaqələrin inkişaf etdiyini bildirməkdən böyük məmnunluq duyuram. Əminəm ki, ölkələrimizin əlaqələri qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji təhlükəsizliyi, yeni texnologiyaların inkişafı istiqamətlərində uğurla dərinləşəcək və genişlənəcək, xalqlarımız arasında dostluq münasibətləri möhkəmlənəcəkdir.

Beynəlxalq sülhü və təhlükəsizliyi təşviq etmək, davamlı inkişafı dəstəkləmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq istiqamətlərində birgə səylərimiz qlobal problemlərin kollektiv fəaliyyətlə həllinə sadiq olduğumuzu nümayiş etdirir. Biz qarşılıqlı anlaşmanın, sabitliyin və sülhün təşviqi üçün beynəlxalq təşkilatlar çərçivəsində birlikdə işləməyə davam edəcəyik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bundan başqa, dövlətimizin başçısı sloveniyalı həmkarına təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Sevindirici haldır ki, ötən otuz illik dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənmiş, müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı inkişaf etmişdir.

İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Sloveniya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv