Paytaxtda oğru ovuna davam: Kirayə evlərdən və zərgərlik mağazasından oğurluq edənlər yaxalandı

Paytaxtda oğru ovuna davam: Kirayə evlərdən və zərgərlik mağazasından oğurluq edənlər yaxalandı






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #DİN, #Hadisə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polis əməkdaşları qapıları bir-bir yoxlayıb evlərə girən və mağazadan qızıl talayan şəxsləri saxlayıb

       Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, paytaxtın Nərimanov və Nizami rayonlarında vətəndaşların əmlakını talayan şəxslərə qarşı operativ tədbirlər keçirilib.

Nərimanovda “qapı yoxlayan” oğru ifşa olunub Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla 41 yaşlı M.Allahverdiyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, gecə saatlarında yaşayış binalarına daxil olaraq mənzillərin qapılarını bir-bir yoxlayıb. Zərərçəkənin kirayə yaşadığı evin qapısının açıq və ya evdə kimsənin olmadığını fürsət bilən şəxs, oradan qızıl-zinət əşyaları və 540 manat nağd pul oğurlayıb.

        Həmçinin, rayon ərazisində aparılan digər tədbirlə 490 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən 22 yaşlı Z.Abbasov da yaxalanaraq istintaqa təhvil verilib.

Qarayevdə zərgərlik mağazasına hücum presstvaz xəbər verir ki, növbəti uğurlu əməliyyat Nizami rayonunda baş tutub. Rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızılın oğurlanması ilə bağlı 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

       Polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov saxlanılıb. Məlum olub ki, o, satıcının diqqətinin yayındığı andan istifadə edərək qızıl bəzək əşyasını ələ keçirib və hadisə yerindən uzaqlaşıb.

Bütün faktlar üzrə araşdırmalar davam etdirilir. Polis vətəndaşları mənzillərinin təhlükəsizliyinə qarşı daha diqqətli olmağa və qapıların kilidləndiyinə əmin olmağa çağırır.

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv