Tibo Kurtua futbol klubunun səhmdarı olacaq

Tibo Kurtua futbol klubunun səhmdarı olacaq






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Belçika, #Formula-1, #Fransa, #Futbol, #Serbiya, #Tennis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid” futbol klubunun qapıçısı Tibo Kurtua Fransanın II Liqasında (Ligue 2) çıxış edən “Le-Man” futbol klubunun səhmdarı olacaq.

presstvaz xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Klubun mətbuat xidmətindən bildirilib ki, belçikalı qolkiper həm idman, həm də media sahəsində yüksək peşəkarlıq təcrübəsinə malikdir.

Qeyd edək ki, “Le-Man” klubu ötən yay “OutField” və “OakBerry” investisiya fondları ilə yeni maliyyə tərəfdaşlığına başladığını elan edib. Tibo Kurtua bu layihəyə qoşulan yeganə ulduz sima deyil. Ondan əvvəl məşhur serbiyalı tennisçi Novak Cokoviç, həmçinin keçmiş “Formula-1” pilotları Felipe Massa və Kevin Maqnussen də kluba investisiya qoyaraq layihənin iştirakçısı olublar.

Mütəxəssislərin fikrincə, belə nüfuzlu idmançıların kluba cəlb edilməsi “Le-Man”ın həm maliyyə dayanıqlılığını, həm də beynəlxalq səviyyədə tanınmasını hədəfləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv