Beyləqanda yanğın rabitə xətlərini sıradan çıxardı: Kəndlər internetsiz qaldı

Beyləqanda yanğın rabitə xətlərini sıradan çıxardı: Kəndlər internetsiz qaldı






presstv

"Presstv"az #Audi, #Avto, #Hadisə, #Meşə, #Yanğın hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beyləqanda baş verən yanğın bir neçə yaşayış məntəqəsində internet xəttinin kəsilməsinə səbəb olub.

presstvaz APA-ya istinadla xəbər verir ki, drenaj kanallarının ətrafındakı kolluğun od tutması nəticəsində ərazidən keçən rabitə xətti sıradan çıxıb.

Bu, bir neçə kəndə internetin verilişində fasilənin yaranmasına səbəb olub.

Beyləqan rayonunun bir neçə kəndində güclü yanğın hadisəsi qeydə alınıb.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, küləkli hava şəraiti səbəbindən kolluq sahədə başlayan yanğın rayonun Eyvazalılar və Tatarlar kəndləri yaxınlığındakı meşə massivinə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və xüsusi texnikası tam tərkibdə cəlb olunub.

Yanğının geniş ərazini əhatə etməsi səbəbindən ətraf rayonların yanğınsöndürmə qüvvələrinin də əməliyyata qoşulması nəzərdə tutulur. Hazırda alovun lokallaşdırılması və söndürülməsi istiqamətində tədbirlər fasiləsiz davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

presstvaz xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Yevlax rayonunda meşəlik ərazidə yanğın başlayıb.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, yanğın Bərdə-Yevlax yolunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən əməkdaşları cəlb ediliblər. Hazırda küləkli hava yanğının söndürülməsi işlərini çətinləşdirir.

Baş verən yanğın avtomobil yolunda sürücülərə də çətin anlar yaşadır.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv