Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü






presstv

"Presstv"az #Audi, #Güclü külək, #Hadisə, #Meşə, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəki rayonunun dağlıq ərazisində baş vermiş yanğın söndürülüb.

presstvaz xəbər verir ki, Qozlubulaq kəndi yaxınlığındakı mürəkkəb relyefli sahədə qeydə alınan yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və polis əməkdaşları cəlb olunublar.

Yanğının söndürülməsi işləri dağlıq ərazi və güclü külək səbəbindən çətinləşsə də, operativ müdaxilə nəticəsində alovun daha geniş ərazilərə və meşə massivinə keçməsinin qarşısı alınıb.

Yanğın lokallaşdırılaraq tam söndürülüb.

Şəkidə dağlıq ərazidə yanğın başlayıb.

presstvaz APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 18 radələrində Şəki rayonu Qozlubulaq kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə qeydə alınıb.

Məlumata görə, yanğın 10 hektardan çox ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və xırda ağaclar yanır.

Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın dağlıq ərazidə olduğu üçün texnikadan istifadə etmək mümkün deyil. Buna görə də yanğını söndürmək üçün canlı qüvvədən istifadə olunur.

Hazırda yanğının baş verdiyi ərazidə havanın küləkli olduğu bildirilir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv