100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir

100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya yollarında bir əsrdir tətbiq edilən üçrəngli svetofor sistemi köklü şəkildə dəyişməyə hazırlaşır. Şimali Karolina Dövlət Universitetinin tədqiqatçıları sürücüsüz (avtonom) nəqliyyat vasitələrinin artması ilə əlaqədar olaraq svetoforlara “Ağ işıq” əlavə edilməsini təklif edirlər.

presstvaz xəbər verir ki, yeni təklif edilən ağ işıq xüsusi olaraq sürücüsüz avtomobillər üçün nəzərdə tutulub. Bu işıq yandıqda sürücülərə verilən mesaj belə olacaq: “Qarşındakı sürücüsüz avtomobili izlə!”

Sürücüsüz avtomobillər bir-biri ilə və yol hərəkətini idarə edən mərkəzi sistemlə kabelsiz (wireless) əlaqə quracaqlar. Əgər kəsişmədə (krossvordda) kifayət qədər sürücüsüz avtomobil varsa, sistem ağ işığı yandıracaq.

Ağ işıq yandığı müddətcə insan tərəfindən idarə olunan avtomobillər sadəcə qarşılarındakı sürücüsüz maşının hərəkətini təkrar etməli olacaqlar (əgər o dayanırsa dayanmalı, hərəkət edirsə hərəkət etməlidirlər).

Tədqiqatçıların apardığı simulyasiyalar göstərir ki, ağ işıq sisteminin tətbiqi bir çox üstünlüklər gətirəcək:

Avtonom nəqliyyat vasitələri yol hərəkətini daha səmərəli idarə etdiyi üçün dayanma-durma vaxtı minimuma enəcək.

Tıxaclarda itirilən vaxtın 25%-ə qədər azalacağı proqnozlaşdırılır.

Nəqliyyat vasitələrinin daha axıcı hərəkəti yanacaq sərfiyyatını və karbon tullantılarını azaldacaq.

Sistemin yaxın illərdə bəzi pilot bölgələrdə (limanlar və ya xüsusi logistik mərkəzlər kimi sürücüsüz vasitələrin sıx olduğu yerlərdə) sınaqdan keçirilməsi planlaşdırılır. Şəhər mərkəzlərində tam tətbiqi üçün isə yollardakı avtonom avtomobillərin sayının müəyyən bir səviyyəyə çatması gözlənilməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv