ABŞ Suriyadan qoşunlarının hamısını çıxarmağa hazırlaşır

ABŞ Suriyadan qoşunlarının hamısını çıxarmağa hazırlaşır






presstv

"Presstv"az #ABŞ, #Audi, #İran, #İraq, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Suriyadan bütün qoşunlarını çıxarmağa hazırlaşır. Birləşmiş Ştatların təxminən min hərbçisinin yaxın iki ay ərzində bu ölkədən tamamilə kənarlaşdırılması gözlənilir”.

presstvaz xəbər verir ki, bu barədə “Wall Street Journal” adları açıqlanmayan üç ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Nəşr vurğulayır ki, qərar ABŞ və İran arasında artan gərginliklə əlaqəli deyil.

ABŞ rəsmiləri bildirib ki, ölkənin silahlı qüvvələri bu ayın əvvəlində Suriya, İordaniya və İraq sərhədlərində yerləşən strateji forpost olan Tenef qarnizonundan və Suriyanın şimal-şərqindəki Şəddadi hava bazasından geri çəkilib.

Eyni rəsmilər qeyd ediblər ki, Tramp administrasiyası Suriyada ABŞ-nin hərbi mövcudluğunun artıq zəruri olmadığına qərar verib. Çünki Suriyada İŞİD-ə qarşı mübarizədə ABŞ-nin tərəfdaşı olan SDQ artıq tamamilə parçalanıb.

Digər tərəfdən, başqa bir rəsmi şəxs bildirib ki, Tramp administrasiyası yeni prosesdə Əhməd əş-Şaraanın rəhbərlik etdiyi Suriya keçid hökuməti ilə sıx diplomatik münasibətlər qurmağı hədəfləyir.

ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrak daha əvvəl ordunun İŞİD-lə mübarizə missiyasını 99 faiz yerinə yetirdiyini söyləyib. Onun fikrincə, Suriyadakı bazaların sayı 8-dən 3-ə endirilib və bu rəqəm 1-ə qədər azaldılacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv