73 yaşlı sinqapurlu qadın qara kəmər qazanıb və aykido dərsləri keçir

73 yaşlı sinqapurlu qadın qara kəmər qazanıb və aykido dərsləri keçir






presstv

"Presstv"az #Ailə, #Audi, #diabet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yetmiş üç yaşlı sinqapurlu Lili Çan aykido üzrə qara kəmər sahibidir və hazırda məktəbdə özünümüdafiə dərsləri keçir. O, döyüş sənəti ilə məşğul olmağa 60 yaşından sonra başlayıb və artıq on ildir ki, bu sahədə fəaliyyətini davam etdirir.

presstvaz xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

73 yaşlı sinqapurlu qadın qara kəmər qazanıb və aykido dərsləri keçir

Lili Çanın uşaqlıqdan dizlərində problemlər olub. Yaşlandıqca isə onda diabet və sümüklərin kövrəkləşməsinə səbəb olan osteoporoz kimi xəstəliklər inkişaf edib. Məlumata görə, Lili Çana 50 yaşında olanda ciddi diaqnozlar qoyulsa da, o, iradəsini itirməyib.

Lili Çan və həyat yoldaşı Patrik Çanın dörd övladı var: Şeymus (39), Şon (35), Cona (34) və Enox (33). Patrik xanımından altı yaş kiçikdir. Övladlarından Şon və Enox Daun sindromu ilə doğulublar. Enoxun ürəyində yaranan problem səbəbindən keçirdiyi əməliyyat zamanı traxeyası zədələnib və o, on yaşından sonra danışmaq qabiliyyətini itirib. Digər oğulları Cona isə vaxtından əvvəl – hamiləliyin altıncı ayında dünyaya gəlib.

73 yaşlı sinqapurlu qadın qara kəmər qazanıb və aykido dərsləri keçir

Lili Çan 14 il rəsm müəllimi kimi çalışdıqdan sonra, 38 yaşında uşaqlarına baxmaq üçün işindən ayrılmalı olub. Polis müstəntiqi olan əri Patrik də övladının tez-tez xəstəxanaya yerləşdirilməsi səbəbindən karyerasını dəyişərək əczaçılıq şirkətində işə düzəlib.

Aykidoya ilk olaraq ailənin böyük oğlu Şeymus və ata Patrik maraq göstəriblər. Onlar 2006-cı ildən bu sənəti öyrənməyə başlayıb, 2014-cü ildə isə öz məktəblərini açıblar. Lili Çan əvvəlcə onlara məşq zalında kömək edib, şagirdlərin sayının artması ilə isə özü də sadə texnikaları öyrənməyə başlayıb.

73 yaşlı sinqapurlu qadın qara kəmər qazanıb və aykido dərsləri keçir

Lili Çan etiraf edir ki, aykido onun üçün asan olmayıb. Məsələn, sadə bir geri yıxılma fəndini mənimsəmək üçün ona üç ay, əsas irəli atış texnikası üçün isə bir il yarım vaxt lazım olub. Lakin məşqlər onun sağlamlığına möcüzəvi şəkildə təsir edib: iki illik məşqdən sonra o, osteoporoz dərmanlarını qəbul etməyi dayandırıb.

Hazırda Lili Çan uşaqlara və xüsusi qayğıya ehtiyacı olan insanlara aykido dərsləri keçir, onlara daxili gücün əhəmiyyətini aşılayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv