ABŞ 18 İran rəsmisinə və teleşirkət rəhbərlərinə sanksiya tətbiq etdi

ABŞ 18 İran rəsmisinə və teleşirkət rəhbərlərinə sanksiya tətbiq etdi






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #İran, #İsrail, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ 18 İran rəsmisi və telekommunikasiya sənayesi rəhbərlərinə viza məhdudiyyətləri tətbiq edib.

presstvaz xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu tədbirlər ifadə azadlığı və dinc toplaşmaq hüquqlarının məhdudlaşdırılması da daxil olmaqla, insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirak edən və ya iştirak etdiyi iddia olunan şəxslərə qarşı görülüb.

“Birləşmiş Ştatlar İran xalqının ifadə azadlığı hüququnu dəstəkləməyə davam edəcək. Biz İran xalqına və onun sülh və şərəflə yaşamaq arzularına sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik”, – bəyanatda deyilir.

2025-ci ilin dekabrında İranda genişmiqyaslı etirazlar baş verib. Rəsmi rəqəmlərə görə, iğtişaşlar zamanı 3 000-dən çox insan həlak olub. Tehran etirazların təşkilində ABŞ və İsraili günahlandırıb.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı (Aİ) İran rəsmilərinə və nümayişlərin “qəddarcasına yatırılmasında” ittiham olunanlara qarşı sanksiyalar tətbiq edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv