Mbappe “Benfika” ilə matçdakı irqçilik qalmaqalının təfərrüatını açıqladı

Mbappe “Benfika” ilə matçdakı irqçilik qalmaqalının təfərrüatını açıqladı






presstv

"Presstv"az #"Real Madrid", #Araşdırma, #Audi, #Avropa, #Futbol, #Hadisə, #Hakim, #Kilian Mbappe, #UEFA Çempionlar Liqası, #Vinisius Junior

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın “Benfika” klubu ilə keçirilən və 1:0 hesabı ilə qələbə qazandıqları qarşılaşmada yaşanan hadisəyə aydınlıq gətirib.

presstvaz “Marca” nəşrinə istinadən bildirir ki, fransız futbolçu Prestianninin hərəkətlərinə kəskin etirazını elə meydançada dəfələrlə bildirib və rəqib oyunçunu irqçi davranış sərgiləməkdə günahlandırıb.

“Prestianni Vinisiusa düz beş dəfə meymun dedi! Beş dəfə! Mən şəxsən bunun şahidi oldum və eşitdim. O, heç kimin görməməsi və eşitməməsi üçün köynəyi ilə ağzını bağladı, lakin oyunsonrası reaksiyası, üz ifadəsi və hərəkətləri hər şeyi aşkar edirdi. Onun siması həqiqəti gizlədə bilməz.

Gənc nəsil bizi izləyir və bizim üzərimizdə düzgün örnək olmaq kimi bir öhdəlik var. Bu cür hallara biganə qala bilmərik. Bütün bir milləti günahlandırmaq doğru deyil, çünki tanıdığım çox sayda hörmətli portuqaliyalı dostum var. Ancaq belə bir hadisə baş verdikdə, bunu açıq şəkildə danışmaq vacibdir. Azarkeşlər gerçəklərdən xəbərsiz olduqları üçün bizi fitə basdılar.”

“Benfika” klubu və ya baş məşqçisi ilə bağlı heç bir iradım yoxdur. Məşqçini peşəkar mütəxəssis, klubu isə Avropanın nəhənglərindən biri kimi qəbul edirəm. Lakin bu qayda pozuntusuna yol verən futbolçunun Çempionlar Liqasında çıxış etməyə mənəvi haqqı qalmayıb. Ümidvaram ki, UEFA lazımi addımları atacaq, çünki bu məsələ ciddi araşdırma tələb edir.

Prestianni üzr istədimi? Sadəcə onun reaksiyasına diqqət yetirin. Səmimi üzrxahlıq tamamilə fərqli olardı. Təbii ki, öz səhvlərimi qəbul edirəm, lakin belə bir davranışı görməzdən gəlmək yolverilməzdir. Gənc olmaq meydandakı bu cür hərəkətlərə haqq qazandırmır. İndi sadəcə intizam komitəsinin qərarını gözləməliyik. Komanda olaraq meydanı tərk etmək barədə qərar vermişdik, lakin sonradan geri qayıdıb matçı davam etdirdik.

Biz Vinisiusdan vəziyyət barədə soruşduq. O, hansı qərarı verərsə versin, biz birlikdə onun yanında olacağıq. Biz hər zaman vahid komanda kimi hərəkət edirik və bir-birimizi müdafiə edirik. Təsəvvür edin ki, belə bir hal sizə qarşı edilib. Çempionlar Liqasının qalibi olmaq vacibdir, lakin idmandan daha üstün dəyərlər mövcuddur. Gənclərin mahiyyəti anlaması üçün mövqeyimizi qəti şəkildə ortaya qoymalıyıq”, – deyə Mbappe vurğulayıb.

Xatırladaq ki, qolun müəllifi olan Vinisius Junior “Benfika”nın futbolçusu Canluka Prestianninin irqçi hərəkətləri barədə matçın baş hakimi Fransua Leteksierə məlumat verdikdən sonra qarşılaşmada doqquz dəqiqəlik fasilə yaranıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv