Rəşad Mahmudov müraciət yaydı: Bu, əxlaqsızlıqlıqdır!

Rəşad Mahmudov müraciət yaydı: Bu, əxlaqsızlıqlıqdır!






presstv

"Presstv"az #Ailə, #Hakim, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu sözlərim nə bir siyasi düşərgəyə, nə bir ideoloji qrupa, nə də müəyyən bir zümrəyə ünvanlanır. Bu müraciətim dini mənsubiyyətindən, etnik kimliyindən, siyasi baxışından və sosial mövqeyindən asılı olmayaraq, hər kəsədir. Çünki burada söhbət siyasətdən deyil, ləyaqətdən gedir.

presstvaz Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim, millət vəkili Rəşad Mahmudov qeyd edib.

“Son dövrlər ictimai-siyasi müzakirələrin bir qismi elə bir səviyyəyə enib ki, artıq burada fikir ayrılığından deyil, əxlaqi sərhədlərin hədsiz şəkildə aşılmasından danışmaq lazımdır. Mən bunu hər hansı siyasi mövqedən çıxış edərək demirəm. Bu nə hakimiyyət mövqeyidir, nə müxalifət. Bu, elementar, yəni çox sadə insanlıq mövqeyidir.

Tarix boyu hakimiyyət də olub, müxalifət də; mübarizə də olub, tənqid də; sərt polemikalar da yaşanıb; haqlı da olub, haqsız da. Amma cəmiyyətlər o zaman güclü olub ki, mübarizə müəyyən ləyaqət çərçivəsində qalıb. Şəxsi həyatın, ailənin, namusun, insanın şərəf və heysiyyətinin hədəfə alınması isə heç vaxt siyasi mübarizə sayılmayıb”, – o bildirib.

Millət vəkili vurğulayıb ki, bu gün sosial platformalarda işlədilən bəzi ifadələr nə azad söz anlayışına, nə də elementar mənəvi normalara sığır:

“Fikir azadlığı məsuliyyətsizlik və əxlaqsızlıq demək deyil. Söz azadlığı söyüş azadlığı ola bilməz.

Ən təhlükəli məqam isə budur ki, bu cür ifadələrə qarşı eyni düşərgədə və ya “siyasi mövgedə” olanların və görsənənlərin susmasıdır. Özünü aydın, dəyərli və məsuliyyətli hesab edən hər bir insan, hansı siyasi mövqedə dayanmasından asılı olmayaraq, ilk növbədə öz vicdan və əxlaq sərhədini müəyyən etməlidir. Öz siyasi və ya ictimai həmfikiri olsa belə, “burada dayan” deməyi bacarmalıdır.

Burada məsələ “haqlı” və ya “haqsız” olmaq deyil. Dünyada “mütləq doğru” anlayışı mübahisəli ola bilər. Baxış bucaqları fərqli ola bilər. Amma ləyaqətsizlik heç bir ideoloji izahla legitimləşdirilə bilməz.

Unutmaq olmaz ki, insan üçün ailə və şərəf ən həssas nöqtədir. Tarix göstərir ki, bu hədd aşılarkən reaksiyalar artıq siyasi polemika çərçivəsindən çıxır. Bu, hədə-qorxu deyil. Bu, sosial psixologiyanın və insan təbiətinin reallığıdır. Cəmiyyətləri dağıdan da, çox ağır nəticələr də məhz bu həddlərin məsuliyyətsiz şəkildə aşılması olub.

Bunlar nə hüquqi, nə mədəni, nə də hansısa baxış prizmasından güclü dövlət və cəmiyyət quruculuğu yolunda aparılan siyasi mübarizədir. Bu, cəmiyyətə və insanlığa ciddi mənfi təsir göstərən dərin bir əxlaqsızlıqdır. Elə ifadələr var ki, insan onları tək qalanda düşüncəsinə gətirəndə belə üzü, beyni və ürəyi qızarır.

Bu gün hər birimizin qarşısında seçim var: Ya səviyyəni qoruyacağıq və gələcək nəsillərə mədəni siyasi və ictimai mühit miras qoyacağıq, ya da səviyyəsizliyi normaya çevirib onun nəticələrinə qatlanacağıq.

Mənim mövqeyim açıqdır. Harada olmağımızdan asılı olmayaraq, ləyaqət hər şeydən üstündür. Sərhədi keçən dilə qarşı susmaq isə həmin sərhədin pozulmasına şərik olmaq deməkdir.

Gəlin sərhədi birlikdə qoruyaq.

Gəlin cəmiyyət olaraq özümüzə hörməti itirməyək.

Daha da işıqlı və firavan sabahlar arzusuyla”.

Qeyd edək ki, R.Mahmudovun bu çağırışı geniş reaksiya doğurub və yüzlərlə rəyə səbəb olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv