Ukraynada keçmiş nazir həbs edildi

Ukraynada keçmiş nazir həbs edildi






presstv

"Presstv"az #Ali Məhkəmə, #Dollar, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynanın Korrupsiyaya qarşı Ali Məhkəməsi keçmiş energetika naziri Qerman Qaluşenkonu həbs edib.

presstvaz xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məhkəmənin qərarı ilə o, 60 sutka müddətinə həbs edilib və 200 milyon qrivna (4,6 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılmaq imkanı ilə məhkəmə zalındaca saxlanılıb.

Qaluşenko qərardan narazı qaldığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Qaluşenko "Enerqoatom" şirkətinin vəsaitlərinin yuyulmasında ittiham olunur. Bildirilib ki, Qaluşenkonu 7 ildən 12 ilədək həbs cəzası gözləyir. Fevralın 15-də Ukraynanın Milli Antikorrupsiya Bürosu keçmiş nazirin Ukraynanı tərk etməyə cəhd edərkən saxlanıldığını açıqlamışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv