Putindən gözlənilməz addım

Putindən gözlənilməz addım






presstv

"Presstv"az #Rusiya, #Rusiya Dövlət Duması

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Dövlət Duması mobil rabitə ilə bağlı yeni qanun layihəsini ikinci oxunuşda qəbul edib.

presstvaz xəbər verir ki, yeni qaydalara əsasən, mobil operatorlar Federal Təhlükəsizlik Xidmətinin (FSB) tələbi ilə abonentlərə göstərilən xidmətləri dərhal dayandırmalı olacaqlar.

Qanun layihəsində bildirilir ki, bu addım "milli təhlükəsizliyə yönəlmiş potensial təhdidlərdən qorunma" məqsədi daşıyır. Sənədə görə, FSB-dən daxil olan müraciət prezident və hökumət tərəfindən təsdiqlənmiş normativ aktlarda nəzərdə tutulan hallara aid olduqda, operatorlar rabitəni gecikmədən kəsməyə borcludur.

Eyni zamanda qanunda qeyd olunur ki, operatorlar FSB-nin tələblərini yerinə yetirdikləri üçün abonentlər qarşısında müqavilə öhdəliklərinin pozulmasına görə məsuliyyət daşımayacaqlar. Yəni xidmətin dayandırılması nəticəsində yaranan problemlərə görə şirkətlərə qarşı iddia qaldırılması mümkün olmayacaq.

Yeni qanunun təhlükəsizlik məqsədi ilə əsaslandırılmasına baxmayaraq, sənəd artıq şəxsi azadlıqlar və rabitə hüquqları ilə bağlı müzakirələrə səbəb olub. Ekspertlər hesab edir ki, bu mexanizm fövqəladə hallarla yanaşı, digər situasiyalarda da tətbiq oluna bilər./konkret.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv