"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"ı ingilis klubları ilə müqayisə etmək çox çətindir"

"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"ı ingilis klubları ilə müqayisə etmək çox çətindir"






presstv

"Presstv"az #Bakı, #Futbol, #İngiltərə, #Mətbuat konfransı, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Nyukasl" "Qarabağ" komandasını yaxşı təhlil edib.

presstvaz xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Zədəli futbolçularımız sıraya qayıtmaqdadırlar. Bakıya yüksək əhval-ruhiyyə ilə gəlmişik. "Qarabağ"ı yaxşı təhlil etmişik. Onların "Liverpul" və "Çelsi" komandalarına qarşı görüşlərini izləmişik. Son oyunlardakı yüksək nəticələrimizin davamını Bakıda gətirmək istəyirik".

Baş məşqçi "Qarabağ"ın yaxşı oyun tərzinə malik olduğunu söyləyib:

"Onların çox yaxşı oyun tərzi var. "Qarabağ"ı ingilis klubları ilə müqayisə etmək çox çətindir. Düşünürəm ki, "Qarabağ" zəif komanda deyil".

E.Hau Ağdam təmsilçisinin heyətində xüsusi fərqləndirə biləcəyi futbolçuların olmadığını vurğulayıb:

"Bu barədə nəsə demək çətindir. Biz öz oyunumuzu oynayacağıq. Düşünürəm ki, istədiyimiz nəticəni qazana biləcəyik".

O, Qurban Qurbanovun hörmətə layiq baş məşqçi olduğunu düşünür:

"Bir mütəxəssis baş məşqçi kimi eyni komandada 17 il çalışırsa, deməli, böyük hörmətə layiqdir. Qurban Qurbanov gördüyü işlərlə ön plana çıxır. Düzdür, onunla bağlı dərindən maraqlanmamışam. Lakin müəyyən məlumatlara sahibəm".

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv