Qurban Qurbanov: “Daha çox yaradıcı olmalıyıq”

Qurban Qurbanov: “Daha çox yaradıcı olmalıyıq”






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #İngiltərə, #Mətbuat konfransı, #Premyer Liqası, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalıyıq”.

presstvaz xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, reallıq budur ki, rəqibin bəzi oyunçularının ustalığı bizim planlarımızı pozur”:

“Sabahkı oyunda, hətta məğlub olsaq belə, azarkeşlərimizin oyundan zövq almağını istəyirəm. Komandanı oyuna hazır etməyə maksimum çalışırıq. Biz bu gün bütün diqqətimizi bu oyuna yönəltmişik. Kənardan oyunçularımı analiz edəndə yaxşı hazırlaşdıqlarını görürəm. Komanda, demək olar ki, oyuna hazırdır. Ola bilər ki, oyunun hansısa periodunda yorğunluq hiss olunsun. Lakin komandamın özündə güc tapıb mübarizəni davam etdirəcəyinə inanıram. İngiltərə Premyer Liqasında 1-ci və ya 15-ci yer komandaları arasında elə də güclü fərq görünmür. İngilis klubları öz çempionatlarını ÇL-dən daha önəmli hesab edirlər. Bu komandalar hər oyun üçün nəticə qazanmağa meydana çıxırlar”.

“Kadinin zədədən geri dönməsi bizim üçün xoş oldu. Tam heyət səhər edəcəyimiz məşqdən sonra məlum olacaq. Əfsuslar olsun ki, Nərimanin yerinə iştirak ərizəsindən kimisə əlavə edə bilməyəcəyik. Reqlamentə görə yalnız akademiyadan hansısa oyunçunu əlavə etmək mümkündür”, – deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” oyunu sabah saat 21:45-də start götürəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv