Azərbaycan çempionatında mövsümün antirekordu qeydə alınıb

Azərbaycan çempionatında mövsümün antirekordu qeydə alınıb






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Audi, #Futbol, #İmişli, #Neftçi, #Premyer Liqası, #Qəbələ, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının XX turunda cəmi 8 qol vurulub. Baş tutan 6 oyunda orta məhsuldarlıq 1.33-ə bərabər olub.

presstvaz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Vurulan topların yarısı “Kəpəz” – “Neftçi” görüşündə (1:3) qeydə alınıb. “İmişli” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçlarında qonaqlar, “Zirə” – “Karvan-Yevlax” və “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. “Şamaxı” – “Turan Tovuz” oyunu isə 0:0 hesabı ilə başa çatıb.

Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol IV turda vurulub – 9 top (orta məhsuldarlıq – 1.50).

Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün XXIX turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1.20 olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv