Bloqer Loqan Pol “Pokemon” kartını rekord qiymətə satdı

Bloqer Loqan Pol “Pokemon” kartını rekord qiymətə satdı






presstv

"Presstv"az #Audi, #Dollar, #Dünya rekordu, #Ginnesin Rekordlar Kitabı, #Hərrac, #Kitab

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Videobloqer və restler Loqan Pol nadir “Pokémon Pikachu Illustrator” kartoçkasını hərracda 16.5 milyon dollara sataraq tarixə düşüb.

presstvaz bu barədə “Euronews” telekanalına istinadən xəbər verir.

“Pokémon Pikachu Illustrator” kartoçkası “kolleksiya əşyalarının kraliçası” kimi tanınır və bu tip kartlar arasında indiyədək satılmış ən bahalı nümunə hesab olunur. Dünyada bu kartlardan cəmi təxminən 40 ədəd mövcuddur.

Loqan Pol kartoçkanı 2021-ci ildə 5.2 milyon dollara almışdı. Həmin vaxt da bu satış dünya rekordu sayılırdı və indiyədək satılmış ən bahalı “Pokémon” kartı kimi qeydə alınmışdı.

Bu dəfə kart “Goldin” onlayn hərrac evində satışa çıxarılıb. Ginnesin Rekordlar Kitabının nümayəndəsi tədbirdə iştirak edərək təsdiqləyib ki, bu satış kartı təkcə ən bahalı “Pokémon” kartı deyil, eyni zamanda hərracda satılmış ən bahalı kolleksiya kartı edəcək.

Bloqer Loqan Pol Pokemon kartını rekord qiymətə satdı


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv