“Report” Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub

“Report” Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Jurnalistlər, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Global Media Group” Media Akademiyasının tərkibində fəaliyyət göstərən “Report” Media Məktəbinin sayca 20-ci qrupu yeni təlim proqramına qoşulub.

presstvaz “Report”a istinadən xəbər verir ki, müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.

“Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev tələbələrlə görüşdə bildirib ki, xəbərin jurnalistika standartlarına uyğun hazırlanması prioritet məsələlərdən biridir:

“Bir agentlik olaraq xəbərlərin mümkün qədər geniş auditoriyaya çatdırılmasında maraqlıyıq. Xəbərin doğru təqdim edilməsinə, beynəlxalq standartlara uyğun olmasına daim çalışırıq. “Report” Media Məktəbindəki təlim kursu da tələbələrin xəbərin hazırlanma prosesini tam mənimsəməsinə yönəlib”.

Report Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub

“Global Management” MMC-nin İnsan resursları departamentinin baş meneceri Mələknaz Yusifova tələbələri ümumi qaydalarla tanış edib:

“Davamiyyət məsələsinə diqqətli yanaşmağınızı xahiş edirəm. Təlimə vaxtı-vaxtında gəlmək, nizam-intizam qaydalarına riayət etmək gələcək karyeranızın uğurlu olmasına zəmin yarada bilər. Bacarıqlı, bu sahəyə həvəsi olan tələbələri işlə təmin etməkdə maraqlıyıq”.

“Report” Media Məktəbinin rəhbəri və təlimçisi İsmayıl Rafiqoğlu tədris prosesi ilə bağlı fikirlərini bölüşüb:

“Qrupun əksəriyyəti Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsinin tələbələrindən ibarətdir. Bakı Slavyan Universiteti və Bakı Dövlət Universitetinin jurnalistika fakültələrinin də məzunları var. Tələbələrin çoxu bir neçə xarici dili mükəmməl bilir, yüksək intellekti ilə seçilir. Onlardan yaxşı nəticə gözləyirik”.

Qeyd edək ki, “Report” informasiya agentliyinin tərkibində olan “Report” Media Məktəbində 2018-ci ildən təlimlər keçirilir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək “Report” Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

“Report” informasiya agentliyi 2021-ci ildən “Global Media Group” media şirkətləri qrupunun tərkibində fəaliyyət göstərir. Burada yaradılan Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiyada tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv