Naxçıvanda 12 min manatlıq dələduzluq: Özünü “Tural” kimi təqdim edən şəxs saxlanıldı

Naxçıvanda 12 min manatlıq dələduzluq: Özünü “Tural” kimi təqdim edən şəxs saxlanıldı






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Cinayət işi, #Naxçıvan Muxtar Respublikası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vətəndaşları işlə təmin etmək vədi ilə aldadan 34 yaşlı şəxs ifşa olunub

          Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, vətəndaşları müxtəlif işlərə düzəltmək adı ilə aldadaraq pullarını mənimsəyən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Saxta ad və müxtəlif qurumlarla əlaqə vədi Araşdırmalarla müəyyən edilib ki, 34 yaşlı Əsgər Quliyev özünü “Tural” adı ilə təqdim edərək, müxtəlif dövlət və özəl qurumlarla əlaqəli şəxs olduğunu iddia edib. presstvaz xəbər verir ki, o, bu yolla vətəndaşlara işə düzəltmə vədi verərək, ümumilikdə 12 000 manata yaxın pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

        Polis zərərçəkənlərə müraciət edir Faktla bağlı cinayət işi başlanılıb, hazırda istintaq tədbirləri davam etdirilir. Polis orqanları qeyd olunan əməllərdən zərər çəkmiş digər vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarələrinə müraciət etməyi və ya “102” Xidməti-Zəng Mərkəzinə məlumat verməyi xahiş edir.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv