Azərbaycan polisindən sutkalıq hesabat: 140 nəfər axtarışda olan şəxs saxlanılıb

Azərbaycan polisindən sutkalıq hesabat: 140 nəfər axtarışda olan şəxs saxlanılıb






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #DİN

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

DİN-in Mətbuat Xidməti fevralın 16-da qeydə alınan cinayət xronikasını təqdim etdi

         Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, fevralın 16-da ölkə ərazisində cinayətkarlıqla mübarizə və asayişin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə edilib.

Axtarışda olanlar və cinayətlərin açılması Polis əməkdaşlarının peşəkarlığı sayəsində sutka ərzində qeydə alınan 31, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin edilib.

  • Axtarışda olduğuna görə ümumilikdə 140 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 112 nəfər saxlanılıb;

  • Dələduzluğa görə axtarışda olan daha 11 nəfər istintaqa təhvil verilib;

  • Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər tutularaq istintaqa cəlb olunub.

Narkotik və silah-sursatla bağlı əməliyyatlar prtesstvaz  xəbər verir ki, fevralın 16-da polis tərəfindən ümumi çəkisi 27,8 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı isə 30 fakt müəyyən edilərək zəruri tədbirlər görülüb.

           İtkin düşənlər tapılıb Həyata keçirilən axtarış tədbirləri nəticəsində, ailə üzvlərinə xəbər vermədən yaşadığı ünvanı tərk edən və itkin düşmüş kimi axtarılan 4 nəfər tapılaraq ailələrinə və aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyi tərəfindən cinayətkarlığa qarşı qətiyyətli mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

  presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv