Taleh Babayev Bakıdakı hadisə barədə: “Yanğının söndürülməsi zamanı müəyyən çətinliklər yaranıb”

Taleh Babayev Bakıdakı hadisə barədə: “Yanğının söndürülməsi zamanı müəyyən çətinliklər yaranıb”






presstv

"Presstv"az #Audi, #Hadisə, #Jurnalistlər, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırda yanğının başvermə səbəbləri araşdırılır”.

presstvaz-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev deyib.

Onun sözlərinə görə, nazirliyin “112” qaynar xəttinə saat 11:27-də Yasamal rayonu, Lev Tolstoy küçəsi, 2-də yerləşən ikimərtəbəli yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə nazirliyin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər.

İlkin məlumata əsasən, mənzil sahiblərindən biri xəsarət alıb. Bundan başqa, altı nəfər bina sakini təhlükəsizlik məqsədilə sökülmə zonası və yaxın ərazilərdən təxliyə olunub:

“Yanğının söndürülməsi zamanı müəyyən çətinliklər yaranıb. Belə ki, bina və dam örtüyü, əsasən, taxta konstruksiyalardan, həmçinin qır, daş yunu və çardaq hissəsindən ibarət olduğuna görə alovun yayılması sürətlənib və söndürülmə işləri mürəkkəbləşib. Hazırda yanğın məhdudlaşdırılıb, alovun tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv