Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev həbs olunub

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev həbs olunub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev saxlanılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

presstvaz APA-ya istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları Qarayevi iki tanışı ilə birlikdə Krasnoyarsk şəhərində saxlayıb.

Qarayevin dələduzluqda şübhəli bilinərək saxlanıldığı qeyd olunub.

O, Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda törədilmiş dələduzluğa cəhd) ilə şübhəli bilinir. Vəkil barəsində artıq məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ələkbər Qarayevin və tanışlarının Sibiryak Tikinti Şirkətinin (Krasnoyarsk diyarının ən böyük inşaatçısı) prezidenti Vladimir Yeqorovdan rüşvət aldığı iddia olunub.

Maraqlıdır ki, Yeqorovun özü də hazırda dələduzluq ittihamı ilə ev dustaqlığındadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv