Mətbəx çanağına qaynar su tökənlərin nəzərinə: Xərcə düşə bilərsiniz

Mətbəx çanağına qaynar su tökənlərin nəzərinə: Xərcə düşə bilərsiniz






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çox vaxt makaron suyunu süzərkən və ya tıxanmış boruları açmaq məqsədilə çanağa qaynar su tökürük. Lakin Dr. İbrahim Alataş bildirir ki, bu “sadə” görünən hərəkət əslində evinizin santexnika sisteminə bomba qoymaq kimidir.

presstvaz xəbər verir ki, müasir binaların əksəriyyətində santexnika boruları plastikdən (PVC) hazırlanır. Bu boruların istiyə dözümlülük həddi adətən 60-70°C arasındadır.

100 dərəcəlik qaynar su birbaşa boruya daxil olduqda plastik yumşalır, əyilir və ya birləşmə yerlərindən qopur. Bu isə gələcəkdə divar daxili sızmalara və qonşunun evini su basmasına səbəb olur.

Lavabonun düz altında yerləşən “U” formalı sifon və onu birləşdirən rezin contalar qaynar suyun təsirindən tez sıradan çıxır.

Rezinlər bərkiyir və çatlayır, nəticədə lavabonun altından su damcılamaya başlayır.

Əgər boruda yağ qalığı yığılıbsa, qaynar su həmin yağı əridib daha dərinə aparır. Soyuduqda isə yağ daha uzaq və əlçatmaz bir yerdə donaraq borunu tamamilə bağlayır.

Anidən temperatur dəyişikliyi (məsələn, soyuq çanağa qaynar su tökmək) keramika və ya mirmər səthlərdə “termal şok” yaradaraq mikro çatlara, hətta çanağın parçalanmasına gətirib çıxara bilər.

Nə etməli?
Əgər qaynar su tökmək məcburiyyətindəsinizsə (məsələn, yemək bişirərkən), mütləq eyni vaxtda soyuq su kranını da açın ki, suyun temperaturu borulara çatana qədər düşsün.

Boruları açmaq üçün qaynar su yerinə sirkə və soda qarışığından istifadə edib, üzərinə sadəcə “ilıq” (isti deyil) su tökmək daha təhlükəsizdir.

Qaynar suyu birbaşa drenaj dəliyinə deyil, kənarlara toxunaraq və ya bir az soyudaraq tökün.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv