“8-ci kilometr” bazarı kimi tanınan ərazidə reyd: İstehsal dayandırıldı, məhsullar müsadirə olundu

“8-ci kilometr” bazarı kimi tanınan ərazidə reyd: İstehsal dayandırıldı, məhsullar müsadirə olundu






presstv

"Presstv"az #Antisanitar vəziyyət, #Azərbaycan, #Bakı, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AQTA “Kəngərli” firmasına məxsus ticarət mərkəzində antisanitar vəziyyət aşkarlayıb

          Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən “Kəngərli” firmasına məxsus bazarda genişmiqyaslı yoxlama tədbirləri keçirilib.

Balıqlar yerdə, obyekt qeydiyyatsız: Dəhşətli mənzərə Yoxlama zamanı ticarət obyektində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. presstvaz xəbər verir ki, bazar daxilində müvafiq təmizlik işlərinin aparılmadığı, ümumi antisanitar vəziyyətin hökm sürdüyü və satışa çıxarılan balıqların bir qisminin soyuducudan kənar, qeyri-gigiyenik şəraitdə saxlanıldığı aşkarlanıb.

           Bundan başqa, bazarda fəaliyyət göstərən unlu qənnadı məmulatlarının emalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub.

Mənşəyi məlum olmayan ət məhsulları aşkarlandı Reyd zamanı dondurucularda baytarlıq ekspertiza sənədləri olmayan, mənşəyi məlum olmayan ümumi çəkisi 30 kq hind quşu və hissələri aşkarlanaraq dövriyyədən çıxarılıb.

           Faktla bağlı sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib edilib. Nöqsanlar tam aradan qaldırılanadək unlu qənnadı məmulatlarının istehsalı dayandırılıb. Agentlik vətəndaşların sağlamlığının qorunması məqsədilə bu cür nəzarət tədbirlərini davam etdirir.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv