Yeniyetməlik dövrünün hormonal sirləri: nələri bilmək vacibdir? – Mütəxəssisdən TÖVSİYƏLƏR

Yeniyetməlik dövrünün hormonal sirləri: nələri bilmək vacibdir? – Mütəxəssisdən TÖVSİYƏLƏR






presstv

"Presstv"az #Ailə, #Audi, #Boy artımı, #diabet, #Həkim, #Sağlamlıq, #Səhiyyə Nazirliyi, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeniyetməlik dövrü insan həyatının ən həssas və formalaşdırıcı mərhələsidir. Bu dövrdə baş verən hormonal dəyişikliklər təkcə fiziki inkişafı deyil, eyni zamanda psixoloji durum və gələcək reproduktiv sağlamlığa da təsir edir. Yeniyetmələrin hormonal sağlamlığının vaxtında izlənilməsi bir çox endokrin və metabolik problemlərin erkən mərhələdə aşkarlanmasına imkan yaradır.

presstvaz xəbər verir ki, Səhiyyə Nazirliyinin Ailə Planlanması Məsləhətxanasının həkim-laborantı Könül Abasova mövzu ilə bağlı sualları cavablandırıb.

Yeniyetməlik dövrünün hormonal sirləri: nələri bilmək vacibdir? – Mütəxəssisdən TÖVSİYƏLƏR

– Yeniyetməlik dövrü və ona xas olan hormonal profil nədir?

– Yeniyetməlik dövrü fizioloji, psixoloji və sosial xüsusiyyətlərin sürətli və özünəməxsus şəkildə inkişafı ilə səciyyələnir. Bu dövrdə müşahidə edilməsi gərəkli olan ən mühüm amil hormonal profildə izlənilən dəyişiklərdir. Hormonlar bu dövrdə inkişaf, metabolizm, cinsi və emosional sağlamlığı tənzimləyən əsas indikatorlardır. Bu dövrü izləmək yeniyetmələrin hormonal inkişafının statusunu anlamağa, vaxtından əvvəl anomaliyaları aşkar etməyə və uzunmüddətli sağlamlığa töhfə verməyə imkan yaradır.

– Bu dövrdə əsas hansı hormonlar funksional əhəmiyyət daşıyır?

– Əsas hormonlar estrogen və testosterondur. Estrogen qızlarda cinsi sağlamlığın əsas indikatoru olub süd vəzilərinin inkişafını, menstruasiya dövrünü və piy-yağ balansını tənzimləyir. Testosteron isə oğlanlarda əzələ inkişafı, səs tellərində dəyişiklik, bədənin müxtəlif nahiyələrində tüklənmə və ümumi cinsi inkişafı dəstəkləyir. Hər iki hormon sümük sağlamlığına, ürək-damar sisteminə və mental sağlamlığa birbaşa təsir göstərir.

Bundan əlavə insulin, kortizol, adrenal hormonlar, tiroid hormonları və prolaktin səviyyələrində də dəyişikliklər müşahidə olunur. Bu hormonlar sümük və əzələ inkişafını, metabolizmi, enerji balansını, stressə cavabı və idrakla əlaqəli mental sağlamlığı tənzimləyir. Eyni zamanda, onların hər biri reproduktiv sağlamlıq baxımından mühüm rol oynayır.

– Bəs yeniyetmələrin hormonal və cinsi inkişafı necə izlənilir?

– Hormonal inkişaf yeniyetməlik dövründə əsasən üç mərhələdə izlənilir. Birinci mərhələ 10-13 yaş aralığını əhatə edir. Bu dövrdə beyin, hipofiz vəzi və cinsiyyət orqanlarının birgə fəaliyyəti – yəni HPG oxunun aktivləşməsi nəticəsində qızlarda süd vəzilərinin, oğlanlarda isə xarici cinsiyyət orqanlarının inkişafı başlayır.

İkinci mərhələ 14-16 yaş dövrünü əhatə edir. Bu mərhələdə sürətli boy artımı, akne, dərinin yağlanması, iştahın artması və mental vəziyyətdə dəyişikliklər müşahidə olunur. Üçüncü mərhələ isə 17-19 yaş dövrüdür və hormonal stabillik dövrü hesab edilir. Bu mərhələdə cinsi sağlamlıq və funksiyalar tam formalaşır, reproduktiv potensial yüksəlir.

– Yeniyetməlik dövründə hormonal problemlər hansı hallarda özünü göstərir?

– Bu hal, xüsusilə gənc qızlarda görülən polikistoz (PCOS) qeyri-müntəzəm menstruasiya halları, akne, bədənin müxtəlif nahiyələrində tüklənmə, çəki artımı ilə təzahür edir. Əsas səbəbləri androgen hormononun yüksəlməsi və insulin resistentlikdir. Tiroid funksiyasının pozulması isə tiroid hormonunun normadan artıq və ya əksik istehsalı nəticəsində yaranır. Əsas səbəb kimi autoimmun problemləri göstərilir. Diabet tip 2 isə insulin resistentlik problemindən və artıq çəkidən (obez) əziyyət çəkən yeniyetmələrdə rast gəlinir.

Bəzi hallarda yeniyetməlik dövrünün erkən başlaması və ya gecikməsi müşahidə edilir. Erkən başlamaq indikatoru qızlarda 8, oğlanlarda isə 9 yaşdan öncədir və əsasən prematur beyin-hipofiz vəzi-cinsiyyət orqanının birgə fəaliyyəti (HPG) tərəfindən dəstəklənir. Yeniyetməlik dövrünün əlamətlərinin hər iki cins üçün 14 yaşdan sonra belə müşahidə edilməməsi anomaliya halı sayılır. Əsas səbəb kimi xroniki xəstəliklər, hormonal defisit və ya genetik problemlər dilə gətirilir.

– Hormonal profilin diaqnostikası üçün hansı müayinələr tövsiyə olunur?

– Ümumi qan analizi, qlükoza və metabolizmik sağlamlıq üçün lipid testlərin verilməsi göstəriş ola bilər. Cinsi sağlamlığın statusunu dəyərləndirmək üçün isə estrogen, testesteron, folikul-stimullaşdırıc hormon (FSH), TSH (tiroid), kortisol və prolaktin hormonalarının səviyyələrini yoxlamaq vacibdir. Diabetli və ya insulin resistentliyi olan pasiyentlər üçün ağız qlükoza testləri, polikistoz və ya digər əlaqəli xəstəliklər üçün sidik-cinsiyyət orqanlarının USM ilə müayinəsi, xüsusi göstəriş olduğu halda isə rentgen və MRT yoxlamaları aparıla bilər.

– Yeniyetmələrdə hormonal profilin sağlam saxlanılması üçün nələri tövsiyə edərdiniz?

– Hormon sintezi üçün balanslı qidalanma vacibdir. Adekvat protein və sağlıqlı yağlar mühümdür. Daim aktiv fizioloji fəaliyyət isə sümük sağlamlığı, mental sağlamlıq və insulin tənzimləyicidir. Xüsusilə stressdən uzaq durmaqla mental sağlamlıqlarını qoruya bilərlər. Bu eyni zamanda, kortizol hormonu profilinə və cinsi sağlamlığa müsbət təsir edir.

Ailənin tibbi keçmişində endokrin və metabolizm qaynaqlı xəstəlikləri olan yeniyetmələrin müntəzəm yoxlanışlardan keçməsi xüsusi ilə tövsiyə edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv