İran ilk dəfə BMT-nin İnsan Hüquqları Şurasının Məşvərət Komitəsində təmsil olunacaq – ETİRAZ

İran ilk dəfə BMT-nin İnsan Hüquqları Şurasının Məşvərət Komitəsində təmsil olunacaq – ETİRAZ






presstv

"Presstv"az #Audi, #Danimarka, #İran, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hökumət qüvvələri tərəfindən çox sayda iranlının qətli ilə bağlı ciddi ittihamlara baxmayaraq, İran ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının Məşvərət Komitəsində təmsil olunacaq.

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə “UN Watch” təşkilatının direktoru Hillel Noyer açıqlama verib.

O bildirib ki, qərar 16 fevral 2026-cı ildən etibarən qüvvəyə minir.

Noyer qeyd edib ki, komitədə İranı Əfsanə Nadi-Pur təmsil edəcək. O iddia edir ki, Nadi-Pur keçmiş diplomatik fəaliyyəti dövründə insan hüquqlarının pozulması hallarında İran hökumətinə dəstək verib.

Qeyd olunur ki, Əfsanə Nadi-Pur daha əvvəl İranın Danimarkadakı səfiri kimi fəaliyyət göstərib, eləcə də İran Xarici İşlər Nazirliyində yüksək postlarda çalışıb.

Hillel Noyer bu təyinatla bağlı kəskin narazılığını ifadə edərək, onun vəzifədən uzaqlaşdırılmasına çağırış edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv