Astarada narkotik əməliyyatı: 64 kiloqram marixuana və psixotrop həblər ələ keçirildi

Astarada narkotik əməliyyatı: 64 kiloqram marixuana və psixotrop həblər ələ keçirildi






presstv

"Presstv"az #Araşdırma, #Astara Rayon Polis Şöbəsi, #Azərbaycan, #Məhkum, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları iki iri narkotaciri ifşa edib

       Astara Rayon Polis Şöbəsinin Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

İlk əməliyyat: 43 kiloqram narkotik və həblər Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb. presstvaz  xəbər verir ki, ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

        Növbəti zərbə: Daha 21 kiloqram marixuana Şöbə əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat zamanı isə 35 yaşlı Yusif Xalıqov saxlanılıb. Baxış zamanı ondan 21 kiloqram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Ümumilikdə hər iki əməliyyat nəticəsində 64 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Faktlarla bağlı Astara RPŞ-də cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv