Bakteriyalar hamamda gizlənir: Rusiyalı həkimdən XƏBƏRDARLIQ

Bakteriyalar hamamda gizlənir: Rusiyalı həkimdən XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Allergiya, #Audi, #Bakteriya, #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Duş başlığı müntəzəm yuyulmadıqda bakteriyaların məskəninə çevrilə və sağlamlıq üçün təhlükə yarada bilər”.

presstvaz xəbər verir ki, bu barədə Gazeta.ru-ya həkim, əczaçılıq üzrə elmlər namizədi Mariya Zolotareva məlumat verib.

Ekspertin sözlərinə görə, boruların daxili səthlərində, suyun durğun qalması və səthin nahamar olması nəticəsində duş başlığının dar dəliklərində və tor hissəsində bioplyonkalar – mikroorqanizmlərin özlərinin ifraz etdiyi seliklə qorunan koloniyaları əmələ gələ bilər:

“Duş başlığından keçən su axını havada xırda aerozol – su damcıları qarışığı yaradır. Bu aerozol vasitəsilə bakteriyalar və bioplyonka hissəcikləri tənəffüs yollarına daxil ola bilər. Uşaqlarda, yaşlılarda və ağciyər xəstəliklərindən (məsələn, astmadan) əziyyət çəkən insanlarda bu, tənəffüs problemlərinə, allergiyaya və nadir hallarda ağır pnevmoniya forması olan legionellyoza səbəb ola bilər. Bundan əlavə, belə su ilə davamlı təmas dəridə qıcıqlanma və ya dermatit yarada bilər”, – deyə Zolotareva bildirib.

Mütəxəssis vurğulayıb ki, duş başlığını təmiz saxlamaq üçün onu yalnız çöldən silmək kifayət deyil:

“Bioplyonkanı məhv edən müntəzəm və dərin təmizləmə lazımdır. Ən effektiv və əlçatan üsul üzvi turşularla təmizləmədir. Belə proseduru orta hesabla iki ayda bir dəfə, su çox sərtdirsə isə daha tez-tez həyata keçirmək məsləhətdir. Bunun üçün duş başlığını çıxarıb 9%-li süfrə sirkəsi və ya limon turşusunun (1 litr suya 100-150 qram) ilıq məhluluna yerləşdirmək lazımdır. Məhlul başlığın daxili hissəsini tam örtməlidir. Xüsusilə, xrom örtüklü və ya rezin hissələri olan başlıqlarda turşunun materiala zərər verməyəcəyinə əvvəlcədən əmin olmaq vacibdir”.

Onun sözlərinə görə, çirklənmə səviyyəsindən asılı olaraq duş başlığını turşu məhlulunda 30 dəqiqədən bir neçə saata qədər saxlamaq mümkündür. Sonda başlıq bir neçə dəqiqə soyuq axar su altında yaxşıca yuyulmalıdır ki, məhlulun qalıqları və qopmuş çirklər tam təmizlənsin.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv