Meyiti tapılan kişinin qardaşından ŞOK İDDİA: “Heç dəli də ora getməzdi” – VİDEO

Meyiti tapılan kişinin qardaşından ŞOK İDDİA: “Heç dəli də ora getməzdi” – VİDEO






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Bakı, #Hadisə, #kanalda, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kürdəmirdə su kanalından 60 yaşlı kişinin meyiti tapılıb. Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü İxtiyar Tarıverdi oğlu Şirəliyevin cansız bədəni su kanalında aşkarlanıb.

Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunublar. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, rayon sakini İ.Şirəliyev fevral ayının 11-dən etibarən itkin düşmüşdü.

Mərhumun qardaşı Babək Şirəliyevin sözlərinə görə, o, itkin düşdüyü gün Bakıya – qızının evinə getmək adı ilə evdən çıxıb:

“Heç bir düşməni yox idi, özü də normal insan idi. Fevralın 11-i axşam saatlarında qızının yanına, Bakıya getmək üçün yola çıxmışdı. Hadisənin necə baş verdiyi bizə qaranlıq qalır. Çünki meyitin tapıldığı yer magistral yoldan təxminən 50 metr kənarda, qamışlığın içindəki arxdır. Ağıllı adam, hətta dəli belə ora getməz. Orada nə işi vardı, ora necə gedib çıxıb bilmirik.

Ehtimal edirik ki, onu yolda maşın vurub, sonra da izi itirmək üçün meyiti aparıb o qamışlığa atıblar. Yaxud kiminləsə mübahisəsi düşüb, hadisəni törədənlər onu həmin əraziyə aparıblar. Biz “102” xidmətinə məlumat vermişdik, sonra prokurorluqdan zəng edib tapıldığını dedilər”.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv