PSJ-də gərgin vəziyyət: Acı məğlubiyyət baş məşqçi ilə ulduz futbolçu arasında fikir ayrılığı yaratdı

PSJ-də gərgin vəziyyət: Acı məğlubiyyət baş məşqçi ilə ulduz futbolçu arasında fikir ayrılığı yaratdı






presstv

"Presstv"az #Audi, #Fransa, #Futbol, #Paris, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa çempionatının son turunda səfərdə “Renn”ə məğlub olan PSJ-də gərgin vəziyyət yaranıb.

presstvaz “RMC Sport”a istinadən xəbər verir ki, oyundan sonra klubun əsas oyunçusu Usman Dembelenin açıqlamasına baş məşqçi Luis Enrike sərt reaksiya verib.

“Klub üçün oynamalı və öz ambisiyalarımız haqqında düşünməməliyik. Fərdi oynasaq, bu işə yaramayacaq və titullar qazana bilməyəcəyik”, – deyə Dembele acı məğlubiyyətdən sonra bildirib.

Enrikenin futbolçunun açıqlamasına cavabı çox gecikməyib:

“Final fitindən sonra oyunçular tez-tez emosional danışır, nəticəni qiymətləndirirlər. Amma mən heç vaxt heç kimin şəxsi maraqlarını klubun maraqlarından üstün tutmasına icazə verməyəcəyəm. Buna əmin ola bilərsiniz.

Bu cür açıqlamaların heç bir əhəmiyyəti yoxdur. Bunlar sadəcə matç bitdikdən sonra yaranan emosiyalardır.

Seçdiyimiz istiqamətdə irəliləyirik. Təbii ki, məğlubiyyətdən sonra məyusluq başlayır – bu normaldır. Lakin mənim üçün komanda həmişə fərdi oyunçulardan daha vacib olacaq. Əgər bu prinsip pozularsa, bu, sonun başlanğıcı olacaq”.

Qeyd edək ki, dünən “Renn”ə 3:1 hesabı ilə uduzan PSJ 22 oyundan sonra 51 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə mövqe tutan “Lans” liderdən iki xal geri qalır. “Lans” bu gün səfərdə “Paris”ə qalib gəlsə, PSJ liderliyi əldən verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv