YAP-ın Xətai rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd olunub

YAP-ın Xətai rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd olunub






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Hakim, #Heydər Əliyev, #İlham Əliyev, #Milli Məclis, #Müharibə, #Vətən müharibəsi, #Xətai Rayon İcra Hakimiyyəti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının yaradılmasının 33 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə rayon Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Milli Məclisin deputatları Mixail Zabelin, Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Mərkəzi Aparatının şöbə müdiri Nurlan Qələndərli, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qəhrəmanları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Daha sonra Dövlət Himni səsləndirilib və partiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Çıxışlarda bildirilib ki, YAP yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq mövqelərini daha da möhkəmləndirib.

Tədbirin yekununda fəal partiya üzvləri fəxri fərmanla təltif olunublar, yeni üzvlərə partiya vəsiqələri təqdim edilib.

Toplantı bədii hissə və partiyanın himninin səsləndirilməsi ilə başa çatıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv