Yuxuda arıqlamağın sirri: Niyə saat 23:00-dan tez yatmaq vacibdir?

Yuxuda arıqlamağın sirri: Niyə saat 23:00-dan tez yatmaq vacibdir?






presstv

"Presstv"az #Arıqlama, #Audi, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gecəyarısından sonra oyaq qalanlar özlərini təkcə istirahətdən deyil, həm də sağlam arıqlama vasitəsindən məhrum edirlər”.

presstvaz xəbər verir ki, bunu rusiyalı həkim-dietoloq Nataliya Lazurenko RT telekanalına müsahibəsində deyib.

O izah edib ki, yuxu zamanı orqanizm bədənə və sağlamlığa birbaşa təsir edən mürəkkəb biokimyəvi prosesləri işə salır:

“Başqa sözlə, yuxu sadəcə “huşun getməsi” deyil, beyin və sinir sistemi üçün ən vacib yenidənqurma mərhələsidir. Məhz günün qaranlıq vaxtında həzm prosesləri başa çatır və orqanizm gün ərzində yediyimiz hər şeyi mənimsəyir. Lakin ən əsası – gecə vaxtı həyati vacib hormonlardan ibarət xüsusi “kokteyl” istehsal olunur”.

Mütəxəssisin sözlərinə görə, bu prosesin əsas iştirakçılarından biri böyümə hormonu kimi tanınan somatotropindir. Uşaqlarda o, inkişafa cavabdehdirsə, böyüklərdə əzələ liflərinin miqdarını tənzimləyir, hüceyrələrin yenilənməsini başladır və yağyandırma prosesini işə salır:

“Bu hormonun ifrazının pik nöqtəsi təxminən gecə saat 01:00-a təsadüf edir. Ancaq bu proses yalnız bir şərtlə maksimum effekt verir – həmin an insan artıq yuxuda olmalıdır. Yəni yatmaq üçün son vaxt saat 23:00-dır”.

Bununla yanaşı, dietoloq xəbərdarlıq edib ki, orqanizmin gecə işinin keyfiyyətinə axşam yeməyi ciddi təsir göstərir. Hormon insan yatmasa belə ifraz olunacaq, lakin onun tam gücü ilə işləməsi üçün düzgün “tənzimləmələr” lazımdır: son qida qəbulu yuxudan ən azı üç saat əvvəl olmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv