TƏCİLİ: Aeroport yolunda hərəkət məhdudlaşdırıldı – Sürücülər Zığ şosesinə yönləndirilir

TƏCİLİ: Aeroport yolunda hərəkət məhdudlaşdırıldı – Sürücülər Zığ şosesinə yönləndirilir






presstv

"Presstv"az #Azərbaycan, #DİN, #Nəqliyyat, #Suraxanı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

NİİM-dən rəsmi açıqlama: Metal konstruksiyaların söküntü işlərinə başlanılıb

       Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) presstvaz-a daxil olan son dəqiqə məlumatına görə, hazırda Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) mühüm təmir-bərpa işləri həyata keçirilir.

İstismar müddəti başa çatmış tablolar sökülür Məlumata əsasən, ərazidə istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının yerləşdiyi metal konstruksiyanın bir hissəsinin söküntü işlərinə başlanılıb. Bu səbəbdən təhlükəsizliyin təmin edilməsi məqsədilə Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq edilib.

presstvaz  xəbər verir ki, hərəkətin fasiləsizliyini təmin etmək üçün sürücülər alternativ marşrutlara yönləndirilir:

  • Mərdəkan şosesindən gələnlər: Alternativ yol olaraq Zığ şosesi istiqamətinə yönləndirilir.

Yol Polisi gücləndirilmiş iş rejimində çalışır Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən ərazidə zəruri tədbirlər görülür.

       Sürücülərdən sıxlıq yaranmaması üçün öncədən alternativ yollardan istifadə etmələri xahiş olunur.

 presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv