Azərbaycanda bələdiyyələr üçün beş milyon avro dəyərində layihələr həyata keçiriləcək

Azərbaycanda bələdiyyələr üçün beş milyon avro dəyərində layihələr həyata keçiriləcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bələdiyyə, #Şamaxı, #Şəki, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Merlər Razılaşması” proqramı çərçivəsində Azərbaycan bələdiyyələri üçün ümumi dəyəri 5 milyon avro təşkil edən layihələrin reallaşdırılması nəzərdə tutulur.

presstvaz-ın Naxçıvana səfər edən əməkdaşının verdiyi məlumata görə, bu barədə “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsünə həsr olunmuş tədbirdə proqramın Yerli Dayanıqlı İnkişaf koordinatoru Maksim Vereşçak danışıb.

M.Vereşçak qeyd edib ki, hazırda Azərbaycanda 6 bələdiyyəyə layihələrin hazırlanması istiqamətində dəstək verilir:

“Layihələrin maliyyələşdirilməyə tam hazır olması məqsədilə ictimai və yaşayış binalarının enerji auditi aparılıb. Hazırda potensial sərmayədarlara təqdim etmək üçün 11 bina üzrə 11 sənəd paketimiz mövcuddur. Sözügedən layihələrin ümumi büdcəsi 5 milyon avrodan artıqdır”.

Layihələrin Şəki, Xırdalan, Mingəçevir, Gəncə, Yevlax və Şamaxıda reallaşdırılması planlaşdırılır: “Bu çərçivədə Mingəçevirdə 3 yaşayış binası, Xırdalanda 1 məktəb və 1 bağça, Şəkidə 3 uşaq bağçası, Yevlaxda isə 2 məktəb və 1 uşaq bağçası nəzərdə tutulur. Layihələrin icrası nəticəsində bələdiyyələr illik 200 min avro vəsaitə qənaət edəcəklər. Bundan əlavə, 3 300 meqavat elektrik enerjisinə qənaət edilməsi gözlənilir ki, bu da illik karbon emissiyasının 660 ton azalması deməkdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv