Bakı DYP-dən sürücülərə təcili müraciət: Aeroport yolu bağlanır (Alternativ Marşrutlar)

Bakı DYP-dən sürücülərə təcili müraciət: Aeroport yolu bağlanır (Alternativ Marşrutlar)






presstv

"Presstv"az #8 Noyabr prospekti, #Azərbaycan, #Bakı, #Nəqliyyat, #Suraxanı rayonu, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın əsas magistralında hərəkət istiqaməti dəyişdirilir – SƏBƏB

       Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən presstvaz-a daxil olan məraciətdə bildirilir ki, 14-15 fevral tarixlərində Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace” yaxınlığı) mühüm texniki işlər həyata keçiriləcək. Yoldakı elektron məlumat-sürət tablolarının yenilənməsi məqsədilə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət tətbiq ediləcək vaxt və istiqamətlər:

presstvaz xəbər verir ki, sürücülər aşağıdakı qrafiki nəzərə almalıdırlar:

  • 14 fevral (00:00 – 07:00): Hava limanı körpüsündən “Koroğlu” metrostansiyası istiqamətində yol bağlanacaq.

  • 15 fevral (00:00 – 07:00): “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki körpüdən) Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Sürücülər üçün alternativ yollar:

DYP əməkdaşları tərəfindən hərəkət iştirakçıları aşağıdakı alternativ marşrutlara yönləndiriləcək:

  1. Mərdəkan şosesindən gələnlər: Zığ şosesinə;

  2. Şəhər istiqamətindən gələnlər: Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçələrinə;

  3. Əlavə alternativ: Sürücülər şəhərdən Hava limanı istiqamətinə 8 Noyabr prospektindən Zığ yoluna keçməklə hərəkət edə bilərlər.

ÖNƏMLİ QEYD: Qeyd olunan saatlarda ərazidə DYP əməkdaşları xidmət apararaq sürücülərin təhlükəsiz və maneəsiz hərəkətini təmin edəcəklər.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət marşrutlarını öncədən planlaşdırsınlar və yol polisinin işarələrinə mütləq əməl etsinlər.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv