Xırdalanda qeyri-adi oğurluq: Öz yük maşınının çənini oğurluq yanacaqla doldurdu

Xırdalanda qeyri-adi oğurluq: Öz yük maşınının çənini oğurluq yanacaqla doldurdu






presstv

"Presstv"az #Abşeron rayonu, #Araşdırma, #Avto, #Azərbaycan, #DİN, #Hadisə, #Məhkum, #Xırdalan şəhəri, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron polisi “MAN”dan yarım ton yanacaq oğurlayan keçmiş məhkumu yaxaladı

       Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a verilən məlumata görə, Abşeron rayonu ərazisində yük avtomobilindən külli miqdarda yanacaq oğurlayan şəxs polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində müəyyən edilərək saxlanılıb.

490 litr yanacağı öz maşınına töküb Hadisə Xırdalan şəhəri ərazisində baş verib. Məlumata görə, park edilmiş “MAN” markalı yük avtomobilindən 490 litr yanacaq gizli yolla talanıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

       presstvaz xəbər verir ki, araşdırmalar zamanı hadisənin maraqlı detalları üzə çıxıb. Məlum olub ki, R.Cahangirov oğurladığı yanacağı elə eyni markadan olan özünə məxsus yük maşınının çəninə dolduraraq istifadə edib.

Məhkəmə qərarı: 30 gün həbs Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Cahangirov barəsində 30 gün müddətinə inzibati qaydada həbs qətimkan tədbiri seçilib.

 presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv