Fransada porsuqlar iki yaşayış məntəqəsini sivilizasiyadan ayırdı

Fransada porsuqlar iki yaşayış məntəqəsini sivilizasiyadan ayırdı






presstv

"Presstv"az #Audi, #Fransa, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransada porsuqların yol kənarlarında qazdıqları yuvalar və tunellər iki kəndi çətin vəziyyətdə qoyub. Heyvanlar əsas yolu yararsız hala saldığından, yerli sakinlər ərzaq və dərman tədarükü üçün böyük məsafə qət etmək məcburiyyətində qalıblar.

presstvaz xəbər verir ki, bu barədə “Le Parisien” nəşri xəbər yayıb.

Porsuqlar əsas yolu yanvarın əvvəlində qazıblar. Daha sonra yol örtüyü betonla bərkidilsə də, heyvanlar yenidən ərazini tamamilə dağıdıblar.

İndi sakinlər həmin sahədən yan keçmək üçün tarlalardan istifadə edirlər.

Hazırda problemin həllinə yerli qurumlar qoşulub, lakin məsələnin tezliklə aradan qaldırılması gözlənilmir. Təmir tarixi hələ müəyyən edilməyib.

Yerli məmurlardan biri bildirib: “Bu epizoddan çıxarılmalı olan dərs odur ki, kiçik bir heyvan gündəlik həyatımız üçün böyük nəticələrə səbəb ola bilər. Porsuq gücü, cəsarəti və xeyli miqdarda daş və torpaq daşımaq qabiliyyəti ilə fərqlənir. Belə çəkili heyvanlar arasında onun tayı-bərabəri yoxdur. Porsuqların çəkisi 20 kiloqrama çata bilər”.

O əlavə edib ki, yerli administrasiyanın heç olmasa mart ayında yolun bərpasına və porsuq probleminin həllinə kömək edəcəyini ümid edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv