Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı

Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Mobil telefon, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin çağrı mərkəzi yaradılıb.

presstvaz xəbər verir ki, çağrı mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə yaradılıb.

Bu yeni xidmət vasitəsilə vətəndaşlar komitənin fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, eləcə də şikayət və təkliflərini ünvanlaya bilərlər.

Vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlarından birbaşa “8160” nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.

Qeyd edək ki, çağrı mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv