Britaniya ordusu işsizləri ödənişli hərbi xidmətə cəlb edəcək

Britaniya ordusu işsizləri ödənişli hərbi xidmətə cəlb edəcək






presstv

"Presstv"az #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın Müdafiə və Əmək nazirlikləri arasında tərəfdaşlıq barədə müqavilə imzalanıb. Bu razılaşma çərçivəsində Müdafiə Nazirliyinin kadr məsələləri ilə məşğul olan əməkdaşları ölkənin məşğulluq mərkəzləri ilə birbaşa əlaqəli şəkildə fəaliyyət göstərəcəklər.

presstvaz-ın xəbərinə görə, bu barədə “Financial Times” (FT) nəşri hər iki qurumun bəyanatlarına istinadən məlumat verib.

Bu mexanizm vasitəsilə Böyük Britaniyada işsiz gənclər silahlı qüvvələrdə ödənişli xidmətə qoşulmağa təşviq ediləcəklər. Rəsmi dairələr hesab edirlər ki, bu addım 10 minlərlə gənci mühəndislik və kibertəhlükəsizlikdən tutmuş, səhiyyə və logistikaya qədər hərbçilərə lazım olan ən müxtəlif sahələrdə işlərə cəlb etməyə imkan verəcək.

Müdafiə Nazirliyinin kadr məsələlərinə məsul əməkdaşları sosial müavinət alan gənc işsizlər arasında hərbi karyeranı aktiv şəkildə təbliğ edəcəklər. Böyük Britaniyanın veteranların işləri üzrə naziri Luiza Sandher-Cons vurğulayıb ki, təşəbbüs heç vaxt müdafiə sahəsi barədə düşünməyən şəxslərə yeni bacarıqlar, hədəflər və imkanlar qazandırmaq məqsədi daşıyır.

Hökumət ödənişli “Gap Year” (təhsil və ya karyera prosesində birillik fasilə) adlanan proqramı sınaqdan keçirməyi planlaşdırır. Bu layihə 25 yaşdan kiçik olan gənclərə hərbi xidmətlə yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda xidmət yaşı həddi 65 yaşa qədər yüksəldiləcək. İki nazirlik tərəfindən sınaqdan keçirilən bu tədbir həmçinin kütləvi ixtisarlar nəticəsində iş yerini itirmiş təcrübəli şəxslərin də müdafiə sənayesində işlə təmin olunmasına şərait yaradacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv