Kim Çen Inın qızı rəsmən varis elan edilir? – Kəşfiyyatdan şok açıqlama

Kim Çen Inın qızı rəsmən varis elan edilir? – Kəşfiyyatdan şok açıqlama






presstv

"Presstv"az #Audi, #Cənubi Koreya, #Hakim, #Kim Çen In, #Şimali Koreya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (MKX) Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Ju Aenin artıq rəsmi varis statusuna yüksəldilməsi prosesinin başladığını bəyan edib.

presstvaz xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya qanunvericilərinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, gənc Kim Ordu Günü və digər strateji dövlət tədbirlərində mütəmadi olaraq atasının yanında görünür, hətta bir sıra siyasi müzakirələrdə aktiv iştirak edir. Kəşfiyyat orqanı diqqətçəkən bir nüansa toxunub: əvvəllər “varisin hazırlanması” ifadəsi işlədilirdisə, artıq proses “varisin təyin edilməsi mərhələsi” kimi xarakterizə olunur.

Kim Ju Aenin təxminən 2013-cü ildə doğulduğu güman edilir. Buna baxmayaraq, siyasi ekspertlər məsələyə hələlik ehtiyatla yanaşırlar: 41 yaşlı Kim Çen Inın hələ kifayət qədər gənc olması və digər övladlarının da varlığı hakimiyyətin ötürülməsi ssenarilərini mürəkkəbləşdirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv