Gün işığı yoxdursa, D vitamini qida ilə təmin oluna bilər?

Gün işığı yoxdursa, D vitamini qida ilə təmin oluna bilər?






presstv

"Presstv"az #Audi, #Günəş, #Həkim, #kərə yağı, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

D vitamini əsasən günəş şüalarının təsiri ilə orqanizmdə sintez olunur. Bununla belə, onu qida vasitəsilə də qəbul etmək mümkündür. D vitamininin səviyyəsini artıran əsas qidalara siyənək balığı, yumurta sarısı, kərə yağı, sərt pendirlər və digər məhsullar daxildir.

presstvaz xəbər verir ki, bu barədə rusiyalı həkim Nikolay Kudaşkin gazeta.ru-ya açıqlamasında bildirib.

“Biz D vitaminini əsasən günəşdən alırıq. Lakin günəşə həddindən artıq məruzqalma dəri xərçənginin inkişafına səbəb ola bilər. Günəşdən gələn ultrabənövşəyi şüalanma dəri xərçəngi üçün ən mühüm risk faktoru hesab olunur. Günəş işığından əlavə, qidalar da D vitamininin mənbəyidir. Bu vitaminlə zəngin qidalara balıq yağı, çəhrayı qızılbalıq, qızılbalıq, skumbriya, siyənək, alabalıq, ilanbalığı, halibut, treska qaraciyəri, yumurta sarısı, kərə yağı, sərt pendirlər və bir sıra digər məhsullar daxildir”, – deyə həkim izah edib.

Həkim əlavə edib ki, günəşdən qoruyucu kremlərdən istifadə ultrabənövşəyi şüalanmanın dəriyə zərərli təsirini azaldır. Bu vasitələr xüsusilə həssas dəriyə malik insanlar üçün vacibdir. Belə şəxslərin adətən açıq rəngli gözləri və saçları olur, dəriləri isə zəif qaralır və ya ümumiyyətlə qaralmır, bu səbəbdən də tez yanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv