Antibiotiklər virusları öldürmür – Pediatr valideynləri xəbərdar etdi

Antibiotiklər virusları öldürmür – Pediatr valideynləri xəbərdar etdi






presstv

"Presstv"az #Həkim, #Həkim məsləhəti, #qızdırma, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Antibiotiklər viruslara təsir etmir. Onların virus infeksiyalarına qarşı heç bir effekti yoxdur, əksinə, zərər verə bilər.

presstvaz xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib.

Onun sözlərinə görə, antibiotiklərin həddindən artıq və ya əsassız istifadəsi zamanı həmin dərmanlara qarşı dözümlülük yaranır. Bu isə gələcəkdə ciddi bakterial infeksiyalar zamanı antibiotiklərin təsirsiz qalmasına səbəb ola bilər:

"Özbaşına dərman qəbul etmək yolverilməzdir və əgər qızdırma 3 gündən artıq davam edərsə, mütləq həkimə müraciət olunmalıdır. 38 dərəcəyədək qızdırma olduqda ümumiyyətlə qızdırma salınmamalıdır".

Əlavə edib ki, peyvəndlər virus infeksiyalarına yoluxmanın qarşısının alınmasında mühüm rol oynayır. Peyvənd olunan uşaqlar xəstələnsələr də, xəstəliyi daha yüngül keçirir və ağırlaşmaların qarşısı alınır. Bundan başqa, peyvənd olunan uşaqlar daha az xəstələnir və onların məktəbə davamiyyəti artır:

"Peyvəndlərin zərərli olması ilə bağlı cəmiyyətdə yayılan fikirlər yanlışdır. Peyvənd vurulduqdan sonra uşaqlarda yüngül qızdırma və ya inyeksiya yerində qızartı müşahidə oluna bilər. Lakin bu, müvəqqəti haldır".

Bildirib ki, ölkəyə yüksək keyfiyyətli peyvəndlər gətirilir və dövlət tibb müəssisələrində onlar ödənişsiz tətbiq olunur:
"Valideynlərə tövsiyə edirəm ki, peyvənd cədvəlinə uyğun olaraq və həkim məsləhəti ilə uşaqlarına bütün zəruri peyvəndləri vurdursunlar".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv