"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı

"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı






presstv

"Presstv"az #Araşdırma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir müddətdir ki, "Temu" bağlamalarının çatdırılması ilə bağlı ciddi problemlər yaşanır. Məhsul sifariş edən vətəndaşlar bildirirlər ki, bağlamaları günlərdir gömrükdə qalıb. Səbəbini isə bilmirlər.

Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı açıqlamasında gecikmələrin səbəbi vaxtında və düzgün bəyan edilməyən bağlamaların sayının artmasıdır:

"Gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya ümumiyyətlə bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur."

presstvaz Day.Az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri bağlamalarının günlərdir gömrükdə qaldığını, lakin apardığı araşdırmadan sonra problemi həll edə bildiyini bildirib.

Onun sözlərinə görə, "Temu" üzərindən sifariş etdiyi bağlama yanvarın 29-dan etibarən gömrükdə saxlanılıb. "Düşünürdüm ki, problem öz-özünə həll olunacaq. Araşdırdım və problemin səbəbini tapdım. Artıq bağlamam gömrük yoxlamasından keçib və mənə təhvil verilməlidir", – deyə o qeyd edib.

İstifadəçi problemin həlli qaydasını da izah edib. Bildirib ki, bunun üçün "Smart Customs" sisteminə daxil olmaq, orada bəyan edilmiş bağlamanı seçmək lazımdır. Həmin bölmədə "Öz bağlamanızın daşınmasını göndərən şirkətə həvalə edin" seçimi işarələnməli və təsdiq edilməlidir. Onun sözlərinə görə, bu əməliyyatı etdikdən qısa müddət sonra bağlama çatdırılır. O, eyni problemlə üzləşənlərə də bu qaydada hərəkət etməyi tövsiyə edib.

Şərh bölməsində yazan digər istifadəçilər də video müəllifinin dediklərini təsdiqləyiblər. Onlar bildiriblər ki, eyni əməliyyatı həyata keçirdikdən sonra bağlamaları qısa müddətdə təhvil verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv