İngiltərə nəhənginin baş məşqçisi QOVULDU

İngiltərə nəhənginin baş məşqçisi QOVULDU






presstv

"Presstv"az #Danimarka, #Futbol, #İngiltərə, #London, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tottenhem” futbol klubu baş məşqçi Tomas Frankla yollarını ayırıb.

presstvaz xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Klub rəhbərliyi komandanın son nəticələrini və ümumi çıxışını nəzərə alaraq mövsümün bu mərhələsində dəyişiklik etməyi zəruri hesab edib.

Bəyanatda Tomas Frankın klubda çalışdığı müddətdə yüksək peşəkarlıq və sədaqət nümayiş etdirdiyi vurğulanıb: “Tomas bu müddətdə özünü tam şəkildə klubun inkişafına həsr edib. Onun əməyini yüksək qiymətləndirir, gələcək fəaliyyətində uğurlar arzulayırıq”.

Xatırladaq ki, danimarkalı mütəxəssis ötən ilin 12 iyun tarixində “Tottenhem”in baş məşqçisi təyin olunmuşdu. Onun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə idi. Frankın rəhbərliyi altında komanda 38 oyuna çıxaraq 13 qələbə qazanıb, 10 heç-heçə edib və 15 dəfə məğlub olub.

Hazırda “Tottenhem” İngiltərə Premyer Liqasında 26 turdan sonra topladığı 29 xalla 16-cı pillədə qərarlaşıb. Bununla yanaşı, London klubu cari mövsüm Çempionlar Liqasının liqa mərhələsini ilk səkkizlikdə başa vuraraq 1/8 finala birbaşa vəsiqə qazanıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv